logo

“Sədərək”dəki yanğında 16 nəfər tüstüdən zəhərlənib

11:10 05-08-2019 | icon 2499
“Sədərək”dəki yanğında 16 nəfər tüstüdən zəhərlənib

Avqustun 4-də Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, onlardan 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Tüstüdən zəhərlənənlərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.