logo

10 şahmatçımız Avropa birinciliyində liderlər qrupunda mübarizə aparır

15:37 04-08-2019 | icon 3031
10 şahmatçımız Avropa birinciliyində liderlər qrupunda mübarizə aparır

Azərbaycan şahmatçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxışlarını davam etdirirlər.

YeniAvropa xəbər verir  ki,  müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Read Səmədov, Murad Mehdizadə, Xəqan Əhməd, Yusif Kərimli, Rafael Bayramlı, Gövhər Beydullayeva, Səmra Qasımova, Zərifə Abbasova, Səadət Bəşirli və Dinarə Hüseynova liderlər qrupunda mübarizə aparırlar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.