logo

İndoneziyada 7,5 ballıq zəlzələdən sonra sunami təhlükəsi elan edilib

20:58 02-08-2019 | icon 2751
İndoneziyada 7,5 ballıq zəlzələdən sonra sunami təhlükəsi elan edilib

Avqustun 2-də İndoneziyanın Yava adasında yerli vaxtla saat 12:03-də baş vermiş Rixter cədvəli üzrə 7,54 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.  YeniAvropa  "Reuters" agentliyinə istinadla xəbər verir ki, ölkənin Banten, Lampunq, Qərbi Yava və Bengkulu rayonlarında sunami təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsinə başlanılıb. Adalara gəlmiş turistlərin də ərazini tərk etdikləri bildirilir.

Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri Sumur-Bantendən 174 kilometr cənub-qərbdə yerin 10 km dərinliyində olub. Zəlzələ ölkənin paytaxtında da hiss edilib. Dağıntılar və itkilər haqqında məlumat verilmir.