logo

BMTM-in nəzdində ermənişünaslıq tədqiqat bölməsi açılacaq

12:32 02-08-2019 | icon 2436
BMTM-in nəzdində ermənişünaslıq tədqiqat bölməsi açılacaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) nəzdində ermənişünaslıq tədqiqat bölməsinin açılması planlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 2-də keçirdiyi ilk mətbuat konfransında deyib.

“Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik. Biz düşünürük, həmçinin Mərkəzdə erməni dili kursu açaq. Azərbaycanda erməni dilini bilən mütəxəssislər azdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra araşdırmalar aparılır. Məqsədimiz münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq mütəxəssislərə çatdırmaq, onlarla sıx əməkdaşlıq etməkdir",-deyə Fərid Şəfiyev vurğulayıb.