logo

“Neftçi”  Tula “Arsenal”ını darmadağın etdi

23:01 01-08-2019 | icon 3122
“Neftçi”  Tula “Arsenal”ını darmadağın etdi

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) böyük hesabla məğlub edir.

 YeniAvropa xəbər verir  ki, “Bakcell Arena”da  keçirilən görüşün 49-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Rauf Əliyev komandasını hesabda önə çıxarıb - 1:0. Bakı təmsilçisinin heyətində  daha sonra Dario Frederiko və Mamadu Mboj fərqləniblər-3:0. 

Qeyd edək ki, komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyununun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Xatırladaq ki,  “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.rıb.