logo

41 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

21:59 01-08-2019 | icon 4123
41 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, bu gün saat 14:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 11763, II ixtisas qrupu üzrə 9638, III ixtisas qrupu üzrə 12447, IV ixtisas qrupu üzrə 3190 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4622 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.