logo

Kamçatkada vulkan 5 km hündürlüyə kül  püskürüb

16:48 01-08-2019 | icon 3157
Kamçatkada vulkan 5 km hündürlüyə kül  püskürüb

Kamçatkada olan Klyuçevsk vulkanı dəniz səviyyəsindən 5,5 min metr hündürlüyə kül sütunu püskürüb. Bu barədə vulkan püskürmələrinə nəzarət üzrə Kamçatka qrupu (KVERT) məlumat verib.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, Klyuçevsk vulkanının püskürməsi Kamçatkada iyulun əvvəllərində başlayıb. Nəhəng vulkanda aktivlik hələ də qalmaqdadır. Vulkana aviasiya üçün təhlükə doğuran yüksək “narıncı” kod təyin edilib.

“Bu gün yerli vaxtla günorta saatlarında Klyuçevsk vulkanında dəniz səviyyəsindən 5,5 min hündürlüyə kül püskürməsi müşahidə edilib. Şleyf vulkandan 10 kilometr cənub istiqamətinə yayılıb”, - deyə məlumatda bildirilir.

Rusiya FHN-nin məlumatına görə, Kamçatka diyarının yaşayış məntəqələrinə külün düşməsi halları müəyyən edilməyib.

Klyuçevsk – Avrasiyanın ən fəaliyyətdə olan vulkanıdır, hündürlüyü 4,75 min metrə bərabərdir. Vulkana ən yaxın olan Klyuçi yaşayış məntəqəsi 30 kilometr aralıda yerləşir. Klyuçevsk yarımadanın ən aktiv vulkanlarından biridir. O, hər 3-5 ildən bir püskürür. Bundan əvvəlki iri püskürmə 2015-ci ildə qeydə alınıb.