logo

Dünya çempionlarımız  Rumıniyaya beynəlxalq turnirə yollanıb

22:41 31-07-2019 | icon 2982
Dünya çempionlarımız  Rumıniyaya beynəlxalq turnirə yollanıb

Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

 YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ölkəmizi bu yarışda üç yunan-Roma güləşçisi təmsil edəcək. Ənənəvi turnirdə məşqçi Emin Əhmədovun rəhbərliyi ilə dünya çempionlarımız Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.