logo

Avropa Kubokunun finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib

17:27 28-07-2019 | icon 2751
Avropa Kubokunun finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib

Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında "Avropa Açıq Kuboku" uğrunda yarış keçirilir.

YeniAvropa xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan və digər ölkələrin ən güclü gənc cüdoçuları mübarizə aparırlar.

Ümumilikdə, Berlin yarışında 39 ölkədən 470 cüdoqi ustası iştirak edir. Avropa Kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Belə ki, ölkəmizi 60 kiloqram çəki dərəcəsində təmsil edən Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Həlledici qarşılaşmada qələbə qazanan Əhməd Yusifov “Berlin-2019”un qalibi olub. Rövşən Əliyev isə gümüş medala layiq görülüb.