logo

Cüdoçularımız Zaqreb "Qran-Pri"sində iştirak edəcəklər

10:15 26-07-2019 | icon 3108
Cüdoçularımız Zaqreb "Qran-Pri"sində iştirak edəcəklər

İyulun 26-da Zaqrebdə start götürəcək "Qran-Pri" turnirində Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.

 YeniAvropa xəbər verir  ki, yarışda kişilər arasında Kəramət Hüseynov, Tofiq Məmmədov (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Araş Ağayi (81 kq), Məmmədəli Mehdiyev, Aliumar Tumayev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.

Qadın cüdoçular arasında keçirilən yarışlarda isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yarışlarda 87 ölkədən 558 idmançı iştirak edəcək. Qran-Pri turniri iyulun 28-də başa çatacaq.