logo

Qarabağda erməni əsgəri öldürülüb

11:30 24-07-2019 | icon 2492
Qarabağda erməni əsgəri öldürülüb

İyulun 24-də səhər saatlarında işğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun əsgərinin meyiti tapılıb. 

YeniAvropa  "tert.am" saytına istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttinin cənub istiqamətindəki hərbi hissələrin birində baş verdiyi bildirilir.

Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur.

2000-ci i təvəllüdlü əsgər Volodya Hamletoviç Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.