logo

Bakı Polis İdarəsi Qarabağ Komitəsinə xəbərdarlıq etdi

12:29 23-07-2019 | icon 2569
Bakı Polis İdarəsi Qarabağ Komitəsinə xəbərdarlıq etdi

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq xəbərdarlıq edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib. Onun sözlərinə görə, İdarədə  icazəsiz mitinqin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacağı onların diqqətinə çatdırılıb.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.