logo

Antalyadan Moskvaya uçan təyyarə  az sonra geri döndü

12:10 23-07-2019 | icon 2849
Antalyadan Moskvaya uçan təyyarə  az sonra geri döndü

Türkiyənin Antalya şəhərindən Moskvaya uçan “AzurAir” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən geri dönüb.

YeniAvropa xəbər verir  ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, təyyarə  səmaya qalxdıqdan bir qədər sonra yenidən Antalya hava limanına enib. Aeroportun mətbuat xidmətindən bildirilib ki, sərnişinlər başqa təyyarə ilə yenidən Moskva yola salınacaqlar.