logo

“Qəbələ” və “Neftçi”nin potensial rəqibləri bəlli olub

20:58 22-07-2019 | icon 3297
“Qəbələ” və “Neftçi”nin potensial rəqibləri bəlli olub

UEFA Avropa Liqası turnirində üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ikinci təsnifat mərhələsində çıxış edən təmsilçilərimizdən “Qəbələ” Tbilisinin “Dinamo” klubunu mübarizədən kənarlaşdıracağı halda, Hollandiyanın “Feyenoord”, “Neftçi” isə Tula “Arsenal”ına qalib gələcəyi təqdirdə, İsrailin “Bneyi Yehuda Təl-Əviv” klubu ilə üz-üzə gələcək.

Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.