logo

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib

15:09 22-07-2019 | icon 3066
“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib

İyulun 22-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” ikinci təsnifat mərhələsini adlayacağı halda, APOEL (Kipr)–“Sutjeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları avqustun 6-7-də, cavab görüşləri isə avqustun 13-də keçiriləcək