logo

İranın  Dəmir Yolları şirkətinin direktoru Azərbaycanda səfərdədir

10:54 22-07-2019 | icon 3101
İranın  Dəmir Yolları şirkətinin direktoru Azərbaycanda səfərdədir

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru cənab Səid Rəsuli Azərbaycanda səfərdədir.

YeniAvropa xəbər verir  ki, bu haqda İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, səfərdə məqsəd Azərbaycan rəsmiləri ilə müzakirələr aparmaqdır. 

Səfər çərçivəsində  Səid Rəsulinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanov, iqtisadiyyat naziri Şahim Mustafayev, və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutlur. 

Bakıda keçirilən görüşlərdə tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.