logo

Paytaxtda ev yandı

11:33 20-07-2019 | icon 3731
Paytaxtda ev yandı

Paytaxtın Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin dam örtüyü və bir otağı yanıb. Yanğın zamanı bitişik, ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evin dam örtüyünün 25 kvadratmetri də yararsız vəziyyətə düşüb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.