logo

İran ABŞ-ın onların pilotsuz uçuş aparatını vurmasını təkzib edir

11:21 19-07-2019 | icon 2548
İran ABŞ-ın onların pilotsuz uçuş aparatını vurmasını təkzib edir

İranın ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bizdə uçan aparat itkisi ilə bağlı məlumat yoxdur”, - deyə Zərif ABŞ prezidenti Donald Trampın bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İrana məxsus pilotsuz uçuş aparatının Hörmüz boğazında vurduğunu bəyan edib.