“Eurovision-2020”nin harada keçiriləcəyi hələlik bəlli deyil
“Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi üzrə mübarizənin sonunda iki namizəd şəhər qalıb. YeniAvropa xəbər verir ki, bu barədə Niderlandın "NL" portalı məlumat yayıb. Bildirilir ki, bu şəhərlər Rotterdam və Maastrixtdir. Təşkilatçıların verdikləri məlumata görə, bu iki şəhərin müraciətləri onlar üçün daha uyğun hesab edilib. Niderlandın digər şəhərləri - Utrext, Hertogenbos, Arnem bu mübarizəni tərk ediblər.
Mahnı müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib ki, hər iki şəhər televiziya translyasiyalarının və ümumilikdə tədbirin təşkili üçün yaxşı konsert zallarına malikdirlər. Bundan başqa, bu şəhərlərdə və ətrafyanı rayonlarda qonaqların yerləşdirilməsinin yaxşı infrastrukturu mövcuddur. Rotterdam və Maastrixt meriyaları da tədbirin keçirilməsinə maliyyə dəstəyi göstərməyə və mahnı müsabiqəsi ilə paralel olaraq müxtəlif tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər.
Rotterdamın qalib gələcəyi təqdirdə “Eurovision-2020” mahnı müsabiqəsi "Ahoy" konsert zalında keçiriləcək. Maastrixt isə bu tədbiri "MESS" konsert zalında keçirmək niyyətindədir. Sitse Bakker əlavə edib: “Əminik ki, hər iki şəhər mahnı müsabiqəsini fantastik səviyyədə təşkil edəcək və Niderland və Avropadan bu musiqi bayramına gələn qonaqlar məmnun qalacaqlar”.
Xatırladaq ki, Niderland 1956-cı ildə keçirilən birinci “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkədə mahnı müsabiqəsi sonuncu dəfə 1975-ci ildə keçirilib. Niderland mahnı müsabiqəsini keçirmək hüququnu bu il İsraildə keçirilən “Eurovision-2019”da - müğənni Dunkan Lourensin qalib gəlməsi ilə əldə edib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır