logo

Sabirabadda bazar yandı

09:55 16-07-2019 | icon 4032
Sabirabadda bazar yandı

İyulun 16-da səhər saatlarında  Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində,  “Əmin market” ticarət mərkəzində yanğın başlayıb  və getdikcə alovun əhatə dairəsi daha da genişlənib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, ilkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kvadratmetr sahədə yanıb.

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Alov saat 08:02-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.