logo

“Ferrari” 200 avtomobili geri çağırır

18:38 13-07-2019 | icon 2716
“Ferrari” 200 avtomobili geri çağırır

İdman avtomobilləri istehsalçısı “Ferrari” təhlükəsizlik yastıqlarında aşkar olunan qüsurla əlaqədar Çin bazarında satdığı 200 avtomobili geri çağıracaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da başlayacaq proses 2015-2019-cu illərdə istehsal olunan “458 Speciale A”, “California T”, “488 GTB” və “488 Spider” modellərini əhatə edəcək.

Administrasiyanın mütəxəssisləri müəyyən ediblər ki, yığım prosesindəki çatışmazlıqlar avtomobillərin elektronika sisteminin qüsurlu işləməsinə və bununla da təhlükəsizlik yastıqlarının düzgün çalışmamasına səbəb ola bilər.

“Ferrari” qüsurlu detalları pulsuz dəyişəcək.