logo

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələrilə əməkdaşlığı gücləndirəcək

13:13 11-07-2019 | icon 2520
Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələrilə əməkdaşlığı gücləndirəcək

Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

O deyib: “Tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək. Əməkdaşlığın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. “Şərq tərəfdaşlığı” proqramının uğurlu olduğunu gündəlik həyat təsdiq edir”.