logo

“AirBaltic” Avropanın ən yaxşı aviaşirkəti seçilib

18:35 06-07-2019 | icon 2751
“AirBaltic” Avropanın ən yaxşı aviaşirkəti seçilib

Latviyanın “airBaltic” şirkəti punktuallıq üzrə Avropanın ən yaxşı aviaşirkəti seçilib və beşulduzlu reytinq alıb.

YeniAvropa "OAG"  reytinq agentliyinin saytına istinadla xəbər verir ki, 2018-ci ildə “AirBaltic”in dəqiqlik göstəricisi 88,3 faiz olub. Bu, o deməkdir ki, şirkətin son bir ildə həyata keçirdiyi 100 reysdən 88-i vaxtında eniş edib. Ümumiyyətlə götürdükdə isə ,ötən il  “AirBaltic”in nəzərdə tutulmuş uçuşların 99,8 faizi həyata keçirilib, yerdə qalan 0,2 faiz isə Avropadakı tətillər və hava şəraiti ucbatından baş tutmayıb.

Xatırladaq ki, Latviyanın  milli aviaşirkəti olan "AirBaltik" 1995-ci ildə yaradılıb. Səhmlərin əsas hissəsinin - 99,8 faizinin sahibi Latviya dövlətidir. Şirkət  dünyanın 60-dan çox ölkəsinə aviareyslər təşkil edir. "AirBaltik" 208-ci lldən etibarən  Bakı-Riqa-Bakı birbaşa reyslərini həyata keçirir. Bu il mayın 17-dən etibarən aviaşirkət müntəzəm reyslərə başlayıb və oktyabrın ortalarınadək həftədə iki dəfə olmaqla yerinə yetiriləcək.