logo

Bazara hücum nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb

12:49 05-07-2019 | icon 2807
Bazara hücum nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb

Əfqanıstanda minaatan mərmisinin bazara düşməsi nəticəsində ən azı altı dinc sakin həlak olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində qeydə alınıb.

Hücum nəticəsində, həmçinin 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq yerli xəstəxanalara çatdırılıb. Onların arasında uşaqlar da var.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.