logo

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:47 03-07-2019 | icon 2800
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

YeniAvropa  Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 5 milyard 939,4 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 68,5 milyon dollar çoxdur.

Xatırladaq ki, 2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon olmuşdu.