logo

Şarl Mişel Avropa İttifaqı Şurasının yeni prezidentidir

14:49 03-07-2019 | icon 2520
Şarl Mişel Avropa İttifaqı Şurasının yeni prezidentidir

Avropa İttifaqının(Aİ) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Aİ Şurasının növbəti prezidenti vəzifəsinə Belçikanın baş naziri Şarl Mişelin namizədliyi barədə razılıq əldə edilib. 

Şarl Mişel bu vəzifədə Donald Tusku əvəz edəcək. YeniAvropa xəbər verir  ki, bu barədə D.Tusk  özünün “Twitter” şəbəkəsindəki mikrobloqunda yazıb: “Avropa Şurası Avropa İttifaqı Şurasının yeni prezidenti vəzifəsinə Şarl Mişeli seçib”.

Bir qədər əvvəl yayılmış məlumata görə, Avropa Komissiyasının yeni sədri Almaniyanın keçmiş müdafiə naziri Ursula fon der Lyayen olacaq.

Xatırladaq ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 20-21-də Brüsseldə keçirilmiş sammitində Avropa Parlamentinə seçkilərdən sonra Aİ təsisatlarında ali vəzifələri tutacaq namizədlər barəsində razılığa gəlmək mümkün olmayıb. Bununla bərabər, Aİ liderləri arasında Avropa Komissiyasının yeni prezidenti vəzifəsinə namizəd barəsində fikir ayrılıqları yaranıb və D.Tusk Aİ ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün sammiti yarımçıq dayandırıb.

Görünür, vəziyyətdən çıxış yolu tapılıb.