logo

Azərbaycan,Rusiya və İran prezidentləri Soçidə görüşəcəklər

15:30 02-07-2019 | icon 2765
Azərbaycan,Rusiya və İran prezidentləri Soçidə görüşəcəklər

Rusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilir.

 YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib.

“Yeni format hazırlanıb - Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, - deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.

İlyas Umaxanov dövlət başçılarının görüşünün Soçidə keçiriləcəyini bildirib.