logo

Şəhriyar Məmmədyarov FIDE reytinqində 8-cidir

15:17 01-07-2019 | icon 2989
Şəhriyar Məmmədyarov FIDE reytinqində 8-cidir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir  ki, səkkizinci yerdə olan şahmatçımız Şəhriyar Məmmədyarov (2765) mövqeyini qoruyub. Teymur Rəcəbov isə geriləyərək 13-cü sırada qərarlaşıb (2759). Digər şahmatçılarımızdan Arkadi Naydiç (2681) 62-ci, Qədir Hüseynov (2654) 100-cüdür.

“Top-100”lükdə Azərbaycanın bir qadın şahmatçısı – Günay Məmmədzadə (2427) yer alıb. O, 40-cı pillədədir.