logo

FHN Yasamalda baş verən yanğın barədə məlumat yayıb

22:29 01-02-2018 | icon 3262
FHN Yasamalda baş verən yanğın barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda baş verən yanğın barədə məlumat yayıb.FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakının Yasamal rayonunda ümumi sahəsi 50 kvadratmetr olan tikilinin dam örtüyü, içərisinə yığılmış köhnə ev əşyaları və taxta tullantılar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.