Azərbaycanın turizm məkanları Belarusda təqdim olunub
Belarus Həmkarlar Federasiyasının təşkilatçılığı ilə 30 yanvar–1 fevral tarixlərində Minsk şəhərində “Proftur-2018” turizm sərgisi keçirilib.
Azərbaycanın Belarusdakı səfirliyindən YeniAvropa-ya bildiriblər ki, sərginin əsas məqsədi Belarusda 4 milyondan çox müştəri bazası olan ən böyük turizm şirkəti “Belarusturist”in və onun xarici ölkələrdən olan tərəfdaşları ilə birlikdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm potensialının tanıdılması, müalicəvi xarakterli turizmin (sanatoriya və istirahət mərkəzləri) təşviqi olub.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin 2017-ci il oktyabrın 10-13-də Belarusa rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərdə belaruslu turistlərin öz istirahətlərini ölkəmizdə keçirmələri üçün cəlbedici vasitələrin, xüsusi (güzəştli) turpaketlərin hazırlanmasının vacibliyi vurğulanıb. Həmin danışıqların həyata keçirilməsi istiqamətində görülmüş işlərin nəticəsi kimi, builki sərgidə səfirliyin təşəbbüsü və dəstəyi ilə ilk dəfə ölkəmizin “My way travel” və “Hertz” şirkətlərinin nümayəndələrinin “Proftur-2018” turizm sərgisində iştirakı təmin edilib. Sərgidə ölkəmizin stendi qurulub və Azərbaycanın turizm imkanları iştirakçıların diqqətinə çatdırılıb. Burada ölkəmizdə mövcud olan qış turizm mərkəzlərinin – Qəbələ, Qusar və Naftalan müalicəvi sanatoriyasının xidmətləri, Bakı və ətraf regionlara səfər turları və digər turpaketlər təqdim olunub. Səfirliyin dəstəyi ilə qurulmuş stendimizin önündə Minskdə təhsil alan tələbələrimiz milli geyimlərdə qonaqları qarşılayıb və onlara milli şirniyyatlarımız olan şəkərbura və paxlava təqdim ediblər. Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə səfirliyin birinci katibi Namiq Niftullayev və ikinci katib Rüfət İlyasov iştirak ediblər.
Sərgidə turizm şirkətimiz tərəfindən Belarus tərəfinə xüsusi paketlər təqdim olunub. Ən ucuz turpaketin qiyməti 199 ABŞ dollarından başlayır və aviabilet istisna olmaqla 5 gün 4 gecə Bakıda qalmaq, bələdçi və transferlər daxil olmaqla səyahət etmək imkanı verir.
“Belarusturist” şirkətinin baş direktoru Lyudmila Senkovsya bildirib ki, təqdim olunmuş turpaketlərə əsasən yaxın günlərdə 60 nəfərdən ibarət belaruslu turistlərin Azərbaycana səfəri planlaşdırılır.
Tədbirdə Gürcüstan, Litva, Rusiya və Ukrayna iştirak edərək milli stendlərini qurublar. Səfirliyin apardığı önləyici tədbirlər nəticəsində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin reklamı və bu bölgələrə qanunsuz olaraq turistlərin cəlb edilməsi hallarına yol verilməyib.
Yanvarın 31-də Azərbaycan turizm şirkətinin nümayəndələri Rəşad Vəliyev və Aydın Əliyev səfirlikdə olub, səfir Lətif Qəndilovla görüşüblər. Onlar səfirlik tərəfindən göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır