logo

Mariya Stadnik “Minsk 2019”da Azərbaycana üçüncü qızıl medalı gətirib

20:22 28-06-2019 | icon 2849
Mariya Stadnik “Minsk 2019”da Azərbaycana üçüncü qızıl medalı gətirib

İyunun 28-də “Minsk 2019”un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb.

 YeniAvropa xəbər verir  ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, bu gün daha bir qadın güləşçimiz Elmira Qəmbərova (62 kq) da final görüşünə çıxacaq.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Hesabında 3 qızıl, 5 gümüş və 11 bürünc medal olan Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.