logo

Stokholmı 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

12:07 24-06-2019 | icon 3017
Stokholmı 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclası keçiriləcək. İclasda 2026-cı il Qış Olimpiya və Paralimpiya oyunlarının paytaxtı seçiləcək.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında olan iki şəhər var: İsveçin paytaxtı və İtaliyanın Milan şəhəri.

Bazar günü İsveçin baş naziri Stefan Lofven Stokholmun sifarişini dəstəkləmək üçün son cəhd göstərərək bildirib ki, onun ölkəsi Oyunları qəbul etməyə və əgər BOK Stokholm şəhərini seçərsə, İsveç öz vədlərini yerinə yetirməyə hazırdır.

Gələcək Olimpiya Oyunları ilə bağlı gözlənilən məsrəflər və digər meyarlar elan ediləndən sonra həmin Oyunlara ev sahibliyi etmək iddiasında olan dörd şəhər seçim prosesinin lap əvvəlində mübarizəni dayandırandan sonra cəmi iki iddiaçı qalıb: İsveçin paytaxtı və İtaliyanın Milan şəhəri.

Bu gün BOK səsvermə yolu ilə qalibi seçməlidir.

Qeyd edək ki, İsveç idman obyektlərinin yaxşı inkişaf etmiş infrastrukturu, qış idman növlərində yaxşı məktəbi ilə məşhurdur, lakin bu ölkə indiyə qədər heç vaxt Qış Olimpiya Oyunlarının paytaxtı olmayıb. Skandinaviya Krallığı yalnız bir dəfə - 1912-ci ildə Yay Olimpoiya Oyunlarını keçirib.