logo

Bu il Azərbaycanda 15,6 milyon ton neft hasil olunub

11:21 20-06-2019 | icon 2653
Bu il Azərbaycanda 15,6 milyon ton neft hasil olunub

Cari ilin yanvar-may aylarında Azərbaycanda 15 milyon 686,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 475,6 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 10 milyard 83,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib. Qeyd edilib ki, 5 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,7 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,7 faiz çoxalıb.

Məlumatda bildirilib ki, hesabat dövründə ölkədə  neft istehsalı 2,9 faiz azalıb, qaz hasilatı isə 40,4 faiz artıb.