logo

Buffon “Portu”da Kasilyası əvəz edəcək

19:21 12-06-2019 | icon 3010
Buffon “Portu”da Kasilyası əvəz edəcək

“Yuventus” və “Pari Sen-Jermen” (“PSJ”) komandalarının keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Portuqaliya çempionunun xeyrinə seçim etmiş 41 yaşlı futbolçu yeni komandada ispaniyalı qolkiper İker Kasilyası əvəz etməyə hazırdır.

Xatırladaq ki, ötən ay ürəktutma keçirmiş Kasilyasın karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, Buffon iyunun 5-də “PSJ” ilə müqavilənin müddətini uzatmaqdan imtina edərək bu komandadan ayrılıb. İtaliyalı qapıçı Paris komandasının heyətində müxtəlif turnirlərdə 25 matç keçirib və Fransa çempionu olub.