logo

Azərbaycan-Slovakiya oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

20:39 08-06-2019 | icon 3318
Azərbaycan-Slovakiya oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

İyunun 11-də “Evro 2020”nin seçmə oyunları çərçivəsində futbol üzrə Azərbaycan və Slovakiya milli komandaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

 YeniAvropa xəbər verir  ki,  matçı şotlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Con Bitona olacaq. Ona yan xətt hakimləri Alan Mulvanni və Şon Karr köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.