logo

Sumqayıt sakinini 18 bıçaq zərbəsi ilə qətlə yetirdilər

15:41 05-06-2019 | icon 4039
Sumqayıt sakinini 18 bıçaq zərbəsi ilə qətlə yetirdilər

Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Sumqayıt  şəhər Prokurorluğundan bildirilib. Qeyd edilib ki, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesinin qarşısında baş verib.

1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.