Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki “Kristal” zavodunda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 89 nəfərə çatıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, zavodun polimer sexində baş vermiş partlayış nəticəsində 89 nəfər yaralanıb. Onlardan 44-ü zavodun işçisi, 45 nəfəri isə şəhər sakinidir. Partlayışın təsirindən 3 anbar və 2 istehsalat binası tamamilə dağılıb, onlarla çoxmərtəbəli yaşayış binasına və sosial obyektə ziyan dəyib.
Partlayışın texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi bildirilir.