logo

Gürcüstanda 55 milyon lari dəyərində narkotik maddə məhv edilib

16:57 02-06-2019 | icon 3101
Gürcüstanda 55 milyon lari dəyərində narkotik maddə məhv edilib

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) külli miqdarda narkotik və psixotrop maddəni qanunsuz dövriyyədən çıxararaq məhv edib.

YeniAvropa  Gürcüstan DİN-ə istinadla xəbər verir ki, narkotik vasitələrin qara bazarda ümumi dəyəri 55 milyon dollar (təqribən 20 milyon ABŞ dolları) olub.

Məhkəmənin qərarı ilə 178 kiloqram 667 qram heroin, 2088 ədəd subuteks, 590 ədəd kodein, 170 ədəd tramadol həbi, 38,471 qram metodon, digər narkotik və psixotrop maddə məhv edilib.

Hadisə ilə əlaqədar 737 cinayət işi başlanıb.