logo

İran polisi 2,7 ton narkotik vasitəni müsadirə edib

23:38 01-06-2019 | icon 3185
İran polisi 2,7 ton narkotik vasitəni müsadirə edib

İranda narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə tədbirləri davam etdirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  iyunun 1-də səhər saatlarında İranın Sistan-Bəlucistan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 2,7 ton narkotik vasitə müsadirə olunub.

Vilayətin polis idarəsinin rəisi, general Məhəmməd Qənbəri jurnalistlərə bildirib ki, Əfqanıstandan İran ərazisinə daxil olan avtomobil karvanı saxlanılıb. Avtomobillərə baxış zamanı ümumilikdə 2,7 ton narkotik vasitə aşkarlanıb. Sürücülər qaçmaq istəyərkən yaxalanıblar. Hazırda istintaq aparılır. Polis orqanları narkotik vasitənin alıcılarını da yaxalamaq üçün əməliyyat tədbirləri hazırlayıblar.

Polis rəisi qeyd edib ki, ABŞ qoşunları Əfqanıstana daxil olduqdan sonra İran ərazisindən tranzit kimi istifadə edilərək narkotiklərin Avropaya daşınması halları artıb. Lakin İran öz ərazisinin narkotrafikə çevrilməsinə imkan verməyəcək.

Xatırladaq ki, cari ildə İran hökuməti narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində mübarizəni daha da gücləndirib.