İyunun 1-də Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsinə seçkilər keçirilib.
YeniAvropa xəbər verir ki, seçkilərdə vahid namizəd olan Nihad Özdemir 183 nəfərin qatıldığı səsvermədə 179 səs toplayıb.
TFF-in yeni prezidentinin formalaşdırdığı 14 nəfərdən ibarət idarə heyətinin üzvləri arasında tanınmış futbolçu Həmid Altıntop da var.
Türkiyə Futbol Federasiyasının sabiq prezidenti İldırım Dəmirören fevralın 28-də vəzifəsindən istefa vermişdi.