logo

Bodrumda yenidən zəlzələ baş verib

10:53 31-05-2019 | icon 4158
Bodrumda yenidən zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) rəsmi saytında bildirilib. Qeyd edilib ki, yeraltı təkan mayın 31-da yerli vaxtla saat 00.43-də qeydə alınıb. Zəlzələnin episentri Bodum yaxınlığındakı Gökova körfəzində olub.

Qeyd edək ki, bundan əvvəl mayın 28-də bölgədə 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanları davamlı olması əhalidə ciddi narahatlıq yaradıb.