Mayın 31-də Ukraynanın beşinci prezidenti Petro Poroşenko yaratdığı yeni Avropa Həmrəyliyi Partiyasının təsis qurultayı keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Poroşenko mətbuata açıqlamasında bildirib.
“Bu gün yeni partiyaya üzv oldum və üzvlük biletini aldım. Məqsədimiz Ukraynanın Avropa İttifaqı, NATO-ya doğru siyasətini dəstəkləməkdir”, - deyə Poroşenko əlavə edib.
Qeyd edək ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa Həmrəyliyi Partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-də Ali Radanın buraxılması barədə fərman imzalayıb.Fərmana əsasən Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.