Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyası Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir.
YeniAvropa xəbər verir ki, bu barədə M.Saakaşvilinin yaxın silahdaşı David Sakvarelidze məlumat verib.
O, partiyanın həyata keçirmək istədiyi layihələr və bütöv fəlsəfəsi barədə məlumat verib.
Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski M.Saakaşvilinin ölkə vətədaşlığını bərpa etmək barədə fərman imzalamışdı. Artıq onun Ukrayna pasportu da özünə qaytarılıb.