logo

Argentinada tətillər səbəbindən bütün aviareyslər ləğv olunub

19:50 29-05-2019 | icon 3185
Argentinada tətillər səbəbindən bütün aviareyslər ləğv olunub

Argentinada ümumi tətillər səbəbindən aeroportlarda bütün reyslər, o cümlədən beynəlxalq aviakompaniyaların reysləri ləğv olunub.

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, Argentinada fəaliyyət göstərən aeroportların operatoru “Aeropuertos Argentina 2000” kompaniyası vətəndaşlara suallarla bağlı aviaşirkətlərə müraciət etməyi məsləhət görür.

Ölkənin ən iri aviadaşıyıcısı “Aerolineas Argentinas” 330 reysi ləğv etdiyini və bunun 37 min insana təsir göstərəcəyini bildirib.

Mayın 29-da Argentinada hakimiyyətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər başlayıb. Ölkədə keçiriləcək mitinqlərlə əlaqədar metro nəqliyyatı, bir sıra avtobus və qatar xətləri fəaliyyət göstərməyəcək.