logo

İran sərhədçiləri 500 kiloqram narkotik vasitə müsadirə ediblər

16:47 29-05-2019 | icon 3087
İran sərhədçiləri 500 kiloqram narkotik vasitə müsadirə ediblər

İranın sərhəd xidmətinin əməkdaşları Buşehr vilayətində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir qrup şəxsi saxlayıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə vilayətin sərhəd xidmətinin rəisi, general Vəliyullah Rezayinecad  məlumat verib. Onubn sözlərinə görə, Buşehr limanında xidmət aparan sərhədçilər daxil olan məlumat əsasında gəmi ilə İrana gələn bir qrup şəxsi saxlayıblar. Gəmidə axtarış aparılması nəticəsində 500 kiloqram tiryək aşkarlanıb.

Hazırda sərhədçilər hüquq-mühafizə orqanları ilə birlikdə təhqiqat aparırlar.

Son vaxtlar İranda narkotik vasitələrinin qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilib.

Xatırladaq ki, ötən gün polis Zahedan şəhərində 1,5 ton narkotik vasitə müsadirə edib.