Mayın 29-da Latviya Seymində ölkənin yeni prezidentini seçmək üçün səsvermə keçirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, 61 səslə Egil Levits Latviyanın yeni prezidenti seçilib.
Xatırladaq ki, iqtidar tərəfindən namizədliyi irəli sürülmüş Egil Levits Avropa İttifaqının hakimlərindən biri olub. O, həmçinin Latviya Konstitusiyasının girişinin müəllifidir.
Səsvermə Latviya tarixində ilk dəfə olaraq açıq şəkildə keçirilib.