İranın sərhəd xidmətinin əməkdaşları Buşəhr vilayətində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir qrup şəxsi saxlayıblar.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə vilayətin sərhəd xidmətinin rəisi, general Vəliyullah Rezayinecada məlumat verib.Onun sözlərinə görə, Buşehr limanında xidmət aparan sərhədçilər daxil olan məlumat əsasında gəmi ilə İrana gələn bir qrup şəxsi saxlayıblar. Gəmidə axtarış aparılması nəticəsində 500 kiloqram tiryək aşkarlanıb.
Hazırda sərhədçilər hüquq-mühafizə orqanları ilə birlikdə təhqiqat aparırlar.
Son vaxtlar İranda narkotik vasitələrinin qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilib.
Xatırladaq ki, ötən gün polis Zahedan şəhərində 1,5 ton narkotik vasitə müsadirə edib.