logo

Zelenski Saakaşvinin Ukrayna vətəndaşlığını bərpa etdi

19:44 28-05-2019 | icon 2800
Zelenski Saakaşvinin Ukrayna vətəndaşlığını bərpa etdi

Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşvinin Ukrayna vətəndaşlığını bərpa edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  prezident saytının yaydığı məlumata görə, Zelenski bu barədə  müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 2017-ci ildə Odessa Vilayət Administrasiyasının sabiq rəhbəri Mixail Saakaşvilinin vətəndaşlığı ləğv edilib. Saakaşvilinin mayın 29-da Ukraynaya qayıdacağı gözlənilir.