Mayın 29-da Latviya Seymi yeni prezidentini seçəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, səhər saat 10-da başlayacaq iclasın gündəliyində bir məsələ - ölkə rəhbərinin seçilməsi olacaq. Bu posta üç namizəd var. İqtidar Avropa İttifaqının hakimlərindən biri olan Eqil Levitsin, Yaşıllar və Kəndlilər Birliyi ombudsman Yuris Yansonsun, müxalifət isə iş adamı Didzis Şmitsin namizədliyini irəli sürüb.
Səsvermə açıq şəkildə keçiriləcək. Namizədin prezident olması üçün ən azı parlamentarilərdən 51 nəfərin səsini almalıdır.
Ölkədə keçirilən rəy sorğularına görə Eqil Levits favorit hesab olunur.