Rumıniya Deputatlar Palatasının sədri, eyni zamanda Sosial-Demokrat Partiyasının sədri Liviu Draqnea Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay müddətinə həbs edilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Liviu Draqnea Teleorman rayon şurasının sədri olarkən vəzifəsindən sui-istifadə edərək uşaqların müdafiəsi idarəsinin xanım əməkdaşlarını Sosial-Demokrat partiyasının yerli təşkilatı üçün işləməyə cəlb edib. Partiyanın yerli təşkilatında işləmələrinə baxmayaraq, onlar yeddi il ərzində əməkhaqlarını uşaqların müdafiəsi idarəsinin əməkdaşları kimi alıblar.